2 sentyabr 2013 00:29
Fərid Quliyev komandasına kömək edə bilmədi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 3-cü oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Kahramanmaraşspor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq hücumçusu Fərid Quliyev və Murad Axundzadənin heyətində yer aldığı bu komanda səfərdə “Şanlıurfaspor”la qarşılaşıb. Oyun meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Murad yenə matçın iştirak ərizəsinə düşməyib. Fərid isə 71-ci dəqiqədə meydana çıxmasına rəğmən, komandasına kömək edə bilməyib.
Quliyevlə Axundzadənin komandası hazırda cəmi 1 xal toplaya bilib və 17-ci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
3-cü tur
1 sentyabr
Şanlıurfaspor - Kahramanmaraşspor - 1:0
