2 sentyabr 2013 00:45
Davud Kərimi ehtiyatda qaldı, komandası uduzdu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 3-cü oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Davud Kəriminin çıxış etdiyi “Fethiyespor” klubu da növbəti matçına çıxıb.
Həmyerlimizin komandası səfərdə “Samsunspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin qələbəsiylə başa çatıb.
Qapıçımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Təəssüf ki, o, bu dəfə də ehtiyatda qalıb.
Qeyd edək ki, “Fethiyespor” hələ ki, geridə qalan turlarda xal qazana bilməyib və 18-ci yerdə gedir.
Türkiyə PTT Birinci Liqası
3-cü tur
1 sentyabr
Samsunspor - Fethiyespor - 2:0
