1 sentyabr 2013 21:30
Arif İsayevlə Saşa Yunisoğlu oynamadı, Denizlispor darmadağın oldu (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 3-cü oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Denizlispor” klubu da növbəti matçına çıxıb.
Azərbaycan millisinin yarımmüdafiəçisi Arif İsayevlə müdafiəçi Saşa Yunisoğlunun heyətində yer aldığı bu komanda evdə “Balıkesirspor”la qarşılaşıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Saşanın adı ümumiyyətlə matçın iştirak ərizəsinə salınmayıb. Arif isə sonadək ehtiyatda qalıb.
Qeyd edək ki, “Denizlispor” hazırda 3 xalla yeddinci pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
3-cü tur
1 sentyabr
Balıkesirspor - Denizlispor - 3:0
