2 sentyabr 2013 00:36
Millimizin qapıçısı ehtiyatda qaldı, Nduka oynadı, komandaları qalib gəldi (YENİLƏNİB)
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 3-cü oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçuların çıxış etdiyi “Tavşanlı Linyitspor” klubu da bu gün növbəti matçına çıxıb.
Azərbaycan millisinin sabiq futbolçusu Usim Nduka ilə qapıçı Andrey Popoviçin heyətində yer aldığı bu komanda səfərdə “Bucaspor”la qarşılaşıb. Görüş həmyerlilərimizin komandasının qələbəsiylə başa çatıb.
Futbolçularımızın bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. Popoviç matçı ehtiyat oyunçular skamyasından izləyib. Nduka isə oyuna start heyətdə çıxıb. Lakin o, 66-cı dəqiqədə komanda yoldaşıyla əvəzlənib.
Qeyd edək ki, “Tavşanlı Linyitspor” hazırda 3 xalla 16-cı yerdə gedir.
Türkiyə PTT Birinci Liqası
3-cü tur
1 sentyabr
Bucaspor - Tavşanlı Linyitspor - 1:2
