31 avqust 2013 12:36

Ruslan Abışov: Qrupdan çıxmaq üçün mübarizə aparacağıq

Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun yarımmüdafiəçisi Ruslan Abışovun azerisport.az saytına müsahibəsi
 
- Avropa Liqasının pley-off mərhələsi çərçivəsində komandanızın Norveç “Molde”si ilə oyununda təxminən yarım saat meydanda oldunuz. Necə keçdi?
- Səfərdəki qələbədən sonra bizə sadəcə başladığımız işi yekunlaşdırmaq qalırdı. Ev oyununda da qələbə qazanmağı hədəfləmişdik. Heç kim hesabı qorumaq barədə düşünmürdü. Şadam ki, buna nail ola bildik, parlaq qələbə qazandıq.
 
- Kurban Berdıyev öncədən sizi meydana buraxacağına dair xəbərdarlıq etmişdi?
- Xeyr. Amma istənilən futbolçu hər an meydana çıxmağa hazır olmalıdı. Hazır olmayan futbolçu ümumiyyətlə matçın iştirak ərizəsinə salınmır.
 
- Oyundan sonra da baş məşqçiylə söhbətiniz olmadı?
- İndi nəsə danışmağın yeri deyil. Onsuz da baş məşqçinin məndən nə istədiyini bilirəm. Əgər öz üzərimdə çalışsam, əsas heyət oyunçusu ola bilərəm. Bu, mənim üçün əsas hədəfdi. Mənə elə gəlir ki, baş məşqçi son oyundakı çıxışımdan da razı qalıb.
 
- Bəs özünüz?
- Fikrimcə, hər şey normal keçdi. Amma daha dəqiq qiyməti oyuna baxanlar verə bilərlər.

- “Rubin”in qrup mərhələsindəki şanslarını necə qiymətləndirə bilərsiz?
- Qrupdan çıxmaq üçün mübarizə aparacağıq. Ötən mövsüm komandamızın nəyə qadir olduğunu hamı gördü. Əminəm ki, biz onda “Chelsea”yə qalib gəlsəydik, finalda da qələbə qazanardıq. “Rubin”in potensialı belə böyük uğurlar qazanmağa imkan verir.
 
- Kazan klubunda təsadüfi hallarda meydana çıxdığınızə nəzərə alsaq, karyeranızdan razısız?
- Tamamilə! Berdıyev kimi mütəxəssislə çalışmaq çox xoşdu. Hər gün yeni nəsə öyrənirsən. Əlbəttə, oyun təcrübəmin az olması müəyyən narahatlıq doğurur. Amma bilirəm ki, səviyyəmi artırsam, daha çox oynaya bilərəm.
 
- Yığmamızın İsraillə oyunundan nə gözləyirsiz?
- Mən Azərbaycanın İsraildən xal alacağına inanıram. Rəqibdən qorxmuruq. Öz gücümüzə də inanırıq.
 
- Bu regiondakı siyasi vəziyyətin heç də ürəkaçan olmaması sizi qorxutmur?
- Ümid edirəm ki, xoşagəlməz heç bir hadisə baş verməyəcək və biz öz oyunumuzu keçirə biləcəyik.
 
- Komanda yoldaşınız Bibras Natxo ilə bu barədə danışmamısız?
- O, əla futbolçudu. Natxoya qarşı oynamaq mənim üçün çox maraqlı olacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.