31 avqust 2013 12:52

“Ən böyük arzum Xəzər Lənkəranın heyətində Neftçiyə qol vurmaqdı”

Elnur Cəfərov... 17 yaşlılardan ibarət Azərbaycan millisinin hər qələbəsində onun imzasının olmasına, rəqib komandaların çalışdırıcılarının onun haqqında söylədiyi xoş fikirləri eşitməyə artıq öyrəşmişik. Azerisport.az xəbər verir ki, son olaraq Litvada keçirilən “Palanqa” turnirində “Ən yaxşı hücumçu” seçilib millimizin qələbələrində böyük pay sahibi olan gənc forvard ötən gün əvəzedicilərin çempionatında keçirilən 5-ci turun “Qəbələ” – “Xəzər Lənkəran” matçında da cənubluların ilk qolunun müəllifi oldu. Elnur “Xəzər Lənkəran”ın rəsmi saytına verdiyi müsahibədə qısa da olsa, onu yaxından tanımağımıza yardımçı olub.
 
- Elnur, futbola ilk gəlişin necə baş verdi?
- İlk dəfə futbolun sirrlərinə 9 yaşım olanda yiyələnmişəm. Lənkəran UGİM-in nəzdində Habil müəllimin məşqçiliyi altında futbolda ilk addımlarımı atdım. Daha sonra Teymur müəllim də püxtələşməyimə yardımçı olub. Lakin mənim üzərimdə böyük zəhməti olan müəllimim-məşqçim “Xəzər Lənkəran”da Məhərrəm Bağırov olub. Artıq 10 yaşımdan “Xəzər Lənkəran”ın aşağı yaş qruplarında çıxış edirəm. Düz 5 ildir “Xəzər Lənkəran”dayam. Doğma komandamızın mənim futbolçu kimi yetişməyimdə böyük payı və rolu var. Buna görə də klub rəhbərliyinə minnətdaram ki, hər bir futbolçunun böyük arzusu olan milli komandanın formasını daşımağa qədər yüksəlib istəyimə çatdım.
 
- Millidən söz düşmüşkən, neçə yaşından milliyə çağrılırsan?
- 14 yaşım olanda Azərbaycan millisinə çağrıldım. Amma məndən iki yaş böyük olan U-16-ya. Təbii ki, nə qədər çətin olsa da məndən yaşda böyüklərin arasında itib-batmadım və özümü göstərə bildim. Artıq U-17-nin şərəfini qoruyuram. Ümid edirəm bu templə davam edib əsas millimizin də şərəfini qoruyacağam.
 
- Bir neçə gün əvvəl başa çatan və Litvada keçirilmiş “Palanqa” turnirində də qollarını sıraladın və millimizin mükafatçılar sırasına düşməyində böyük pay sahibi oldun...
- Elədir! Amma qələbədə bütün komanda yoldaşlarımın payı var. Bu turnirdə “Ən yaxşı hücumçu” mükafatını aldım. Qollarımı da valideynlərimə və məni bu səviyyəyə çatdıran “Xəzər Lənkəran”a həsr edirəm.
 
- “Xəzər Lənkəran”ın əsas heyətində özündən yaşda böyük futbolçularla bir sırada olmaq, onlarla bir məşqlərdə iştirak etmək sənə çətinlik yaratmır ki?
- Açığı ilk günlər heç öyrəşə bilmirdim. Amma komanda yoldaşlarım mənə kiçik qardaşları kimi münasibət göstərib sıxılmağa qoymadı. Əsas komanda ilə xariçi ölkələrdə toplanışlarda olmaq da yetişməyimdə, futbolçu kimi artırmağımda həlledici oldu. Söz yox ki, mən bu yerdə millimizin məşqçilərini də unutmuram.
 
- “Xəzər Lənkəran”da ən bəyəndiyin, örnək götürdüyün futbolçu kimdir?
- Rahid Əmirquliyev! Onu bir insan və futbolçu kimi çox bəyənirəm.
 
- Con Toşak kimi tanınmış bir məşqçi ilə çalışmaq necə duyğudur?
- Çox məsuliyyətli olmaq gərəkir. O, gənclərə inanan və yer verən məşqçidir. Mənə də tez-tez öz tövsiyyələrini verir. Çalışıram bütün tapşırıqlarını düzgün yerinə yetirib əsas komandada möhkəmlənim.
 
- Son olaraq ən böyük arzunu bilmək maraqlı olardı...
- Ən böyük arzum “Xəzər Lənkəran”ın heyətində “Neftçi”yə qol vurmaq, “Xəzər Lənkəran”ın əsas heyətində daimi çıxış etmək və buradan Avropaya gedib ölkəmizi layiqincə təmsil etməkdir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.