1 sentyabr 2013 01:12

“Nədənsə, mənə elə gəlir ki, İsraildən xal alacağıq”

Futbol üzrə Azərbaycan yığmasının və “Bakı”nın yarımmüdafiəçisi Cavid Hüseynovun Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə oyunundan (3:0) sonra azerisport.az saytına müsahibəsi
 
- Derbi barədə nə deyə bilərsiz?
- Ölkə çempionuna qarşı oynayacağımızı yaxşı başa düşürük. Ona görə də bu qarşılaşmaya ciddi hazırlaşmışdıq.
 
- Nəticəyə nəzər salsaq, “Bakı”nın son bir həftəni necə hazırlaşdığını başa düşmək olar...
- Siz hələ hamısını görmədiniz. Hər halda biz artıq son oyunlarda 3-5 qol vurmağa alışmışıq (gülür).
 
- İki ardıcıl məğlubiyyətdən sonra komandada nə dəyişdi ki?
- Biz artıq daha yaxşı oynamağa başlamışıq. Bəlkə də elə həmin iki məğlubiyyət yerinə düşdü. Çünki komanda sanki yuxudan ayıldı. Artıq xal itirmək istəmirik. Məğlubiyyət planımızı doldurmuşuq.
 
- Maraqlıdı, həmin iki məğlubiyyət sizi də yuxudan ayıldıb?
- (gülür) Bəli, mən də ayılmışam. Artıq komandamızın hər bir üzvü daha yaxşı oynamağa başlayıb.
 
- Qarşıda yığmamızın İsraillə seçmə mərhələ oyunu var. Həmin qarşılaşmadan nə gözləyirsiz?
- Rəqibimiz güclüdü. Amma məğlubedilməz deyil. Nədənsə İsraildən xal alacağımıza çox inanıram. Niyəsini bilmirəm.
 
- “Simurq”la oyunda olduğu kimi, dubla imza atacağınıza ümid edirsiz?
- (gülümsəyir) Ola bilər. Amma bunun üçün hələ meydana çıxmağım lazımdı. Yığmada çox ciddi rəqabət var.
 
- Hansı nəticəyə ümid edə bilərik?
- Əminəm ki, İsrail ev oyununda daha çox hücum edəcək. Lakin biz də məğlub olmaq fikrində deyilik. Həmişəki kimi, nəticəyə oynayacağıq. İntuisiyam mənə deyir ki, bu oyun heç-heçə bitəcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.