1 sentyabr 2013 01:27
Qarabağ və Bakının sabiq hücumçusu Arazda
Türkiyədə təlim-məşq toplanışını yekunlaşdıran “Araz” artıq Naxçıvana qayıdıb. Azerisport.az xəbər verir ki, Birinci Divizionun başlanmasına qısa zaman qalmış heyətini daha bir yerli futbolçu ilə gücləndirən Naxçıvan təmsilçisi “Qarabağ”dan ayrılan Bəxtiyar Soltanovu sıralarına qatıb.
Naxçıvana gələn Bəxtiyarla artıq müqavilə bağlanılıb.
Bəxtiyar Soltanovun bu mövsümün sonunda “Qarabağ”la müqaviləsi bitdiyindən “Rəvan”la anlaşmışdı. Lakin Vladislav Qədirovun “Rəvan”ın “sükanı” arxasına gətirilməsindən sonra bu komandadan ayrılan hücumçu bundan sonra “Araz”ın uğurları üçün tər tökəcək.
