31 avqust 2013 15:45

Topaz Premyer Liqası, 5-ci tur: Mahmud Qurbanovun proqnozu

“Kəpəz”in sabiq baş məşqçisi Mahmud Qurbanov Topaz Premyer Liqasının 5-ci turunun oyunları ilə bağlı proqnozlarını açıqlayıb. Azerisport.az sizi həmin proqnozlarla tanış edir.
 
Bakı – Neftçi
Bu oyun turun mərkəzi görüşü olacaq. İki prinsipial komanda üz-üzə gələcək. Əminəm ki, “Neftçi” Lənkərandakı xal itkisindən sonra mütləq qələbə qazanmaq istəyir. “Bakı” isə yenicə forma yığmağa başlayıb. Komandaya üç xal çox lazımdı. Amma mənə elə gəlir ki, bu komandalar heç-heçə edəcəklər.

Qəbələ - Xəzər Lənkəran
“Qəbələ” mövsümə yaxşı başlamışdı. Amma son iki oyunda komandada sanki bir arxayınlıq yarandı. “Xəzər Lənkəran” isə hələlik qələbəsiz irəliləyir. Son turda da çoxlu güc sərf edib. Bu üzdən “Qəbələ”ni də səfərdə məğlub etmək çətin olacaq. Bu oyundan da heç-heçə gözləyirəm.

İnter – Simurq
Hər iki komanda qələbəyə oynayacaq. “Rəvan”la oyunun nəticəsi “bankirlər”in durumunu az da olsa, yaxşılaşdırdı. İndi onlardan daha inamlı oyun gözləmək olar. “İnter” qalib gələcək.

Sumqayıt – Rəvan
Hər iki komandanın oyununu görmüşəm. “Sumqayıt”ın çıxışı daha çox xoşuma gəlib. Onlar daha baxımlı futbol sərgiləyirlər. “Rəvan”ın isə problemləri var. “Sumqayıt”ın qalib gələcəyini düşünürəm

Qarabağ – AZAL
Ağdamlıların psixoloji baxımdan müəyyən problemləri ola bilər. Onlar Avropa Liqasını tərk ediblər və indi çempionata köklənmək lazımdı. Yorğunluq da var. AZAL isə son turlarda inamlı çıxış edir. Bu üzdən də “təyyarəçilər”in ən azı heç-heçəyə nail olacağını düşünürəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.