31 avqust 2013 14:24
Qarabağ yenə mərkəzi arenaya buraxılmadı
“Qarabağ” AZAL-la oyunun hazırlıqlarına başlayıb. Azerisport.az xəbər verir ki, Premyer Liqanın 5-ci turunda “təyyarəçilər”lə qarşılaşacaq komanda dünən axşam Avroliqanın play-off çərçivəsində “Eintracht”la oyundan geri dönüb.
Komanda bu gün yeganə çalışmayla sabahkı oyuna hazırlaşacaq.
Qeyd edək ki, Tofiq Bəhramov adına respublika stadionun ot örtüyünün bərpası ilə əlaqədar olaraq “Qarabağ” - AZAL oyunu “Bakcell Arena”da baş tutacaq.
“Qarabağ” – AZAL oyunu sentyabrın 1-də keçiriləcək və saat 20:00-da start götürəcək.
