1 sentyabr 2013 19:51
Ruben Qonsales: Neftçi üzərində qələbə Bakıya əlavə inam qazandırdı
“Bakı”nın müdafiəçisi Ruben Qonsales Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə oyununu şərh edib. Azerisport.az saytına müsahibəsində ispaniyalı futbolçu komandasının 3:0 hesablı qələbəsi ilə bağlı bunları söyləyib:
“Bizim üçün bu oyunda demək olar ki, hər şey çox yaxşı alındı. Öz qol imkanlarımızdan uğurla yararlana bildik. Rəqibə isə qol vurmağa imkan vermədik. Təmiz qələbə qazandıq. Fikrimcə, bu qələbə bizə gələcək oyunlara daha inamlı çıxmaq şansı yaratdı”.