1 sentyabr 2013 22:26
“Qara zolaq”dan çıxmaq üçün bizə qələbə lazım idi”
“Simurq”un baş məşqçisi Georgi Çixradze Topaz Premyer Liqasının 5-ci turunun “İnter”lə oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Zaqatala təmsilçisinin gürcü çalışdırıcısı 2:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Çətin və maraqlı oyun oldu. Son iki oyunda məğlub olmuşduq, “qara zolaq”dan çıxmaq üçün bizə qələbə lazım idi. Standard vəziyyətdən buraxdığımız qol bizi ikinci hissədə dəyişikliklər etməyə məcbur etdi. Oyunçular verilən tapşırıqların öhdəsindən gəldi, komandamı təbrik edirəm”.
