1 sentyabr 2013 22:37
Qurban Qurbanov: Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadı
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 5-ci turunun AZAL-la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, Ağdam təmsilçisinin çalışdırıcısı 0:1 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Bizim üçün ağır oyun oldu. Avroliqa ilə vidalaşsaq da, fikrimiz hələ də ordadır. Oyunçularıma heç nə demirəm, nə lazımdırsa, etdilər. Qol imkanlarımız da oldu, lakin top qapıdan keçmədi. 9 saat yolda olduqdan sonra oyuna çıxmaq bizə çətin oldu. AZAL da bu gün yaxşı oynadı. Rəqibi qələbə münasibəti ilə təbrik edirəm”.
