1 sentyabr 2013 22:48
Vaqif Sadıqov: Azərbaycanın ən güclü komandasına qarşı oynadıq
AZAL-ın baş məşqçisi Vaqif Sadıqov Topaz Premyer Liqasının 5-ci turunun “Qarabağ”la oyununu şərh edib. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in çalışdırıcısı 1:0 hesabıyla başa çatan görüşdən sonra bunları dilə gətirib:
“Azərbaycanın ən güclü komandasına qarşı oynadıq. “Qarabağ” bizdən üstün komandadı. Erkən qol vurduq, qalib gəldik. Komandaya qələbəyə görə təşəkkür edirəm”.
