1 sentyabr 2013 23:18
Yığmamız İsraillə oyunun hazırlıqlarına başladı
Futbol üzrə Azərbaycan yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində İsrail ilə səfər oyunu üçün təlim-məşq toplanışına start verib. Azerisport.az xəbər verir ki, artıq Bakıya gələn almaniyalı baş məşqçi Berti Foqts komandamızın bəzi üzvlərini bir araya gətirib.
Onlar hətta ilk məşqə də çıxıblar. Foqts axşam saatlarında keçirilən Topaz Premyer Liqasının 5-ci turunun “Qarabağ” – AZAL matçını da izləyib.
Qeyd edək ki, Ağdam klubunda çıxış edən, eləcə də hələlik milliyə qoşulmayan yığma üzvləri sabahdan etibarən düşərgəyə təşrif buyuracaq.
