1 sentyabr 2013 11:39
Mario Alvares: Baş məşqçi bizi Neftçi ilə oyunda ancaq qələbəyə kökləmişdi
“Bakı”nın müdafiəçisi Mario Alvaresin Topaz Premyer Liqasının 5-ci turunun “Neftçi” ilə oyunundan (3:0) sonra azerisport.az saytına müsahibəsi
- Oyunla bağlı təəssüratlarınız necədi?
- Çətin oyun oldu. Amma biz hər şeyə rəğmən, istəyimizə çata bildik.
- Çətin oyun oldu. Amma biz hər şeyə rəğmən, istəyimizə çata bildik.
- Ardıcıl üçüncü qələbənizi son çempion üzərində qazandınız...
- Bəli. Məhz bu üzdən də oyuna çox ciddi yanaşırdıq. Baş məşqçimiz bizi ancaq qələbəyə kökləmişdi. Bu qələbə bizim üçün birinci yer uğrunda mübarizədə çox vacib idi.
- Birinci və ikinci yarıda sərgilədiyiniz futbol bir-birindən fərqlənirdi. Elə deyilmi?
- Razıyam. Birinci hissə bizim üçün çox önəmli idi. Bilirdik ki, rəqibimiz güclüdü. Amma biz məğlub olmaq fikrində deyildik. Ona görə də mütləq qol və qollar vurmalıydıq. Fasiləyə daha inamlı hesabla yollanmaq istəyirdik ki, buna da nail olduq.

- Maraqlıdı ki, hətta qırmızı vərəqə də komandanızın növbəti qolu vurmasına, darmadağınla qalib gəlməyinizə mane olmadı...
- Həmin qırmızı vərəqədən sonra artıq oyunumuzu əks-hücum üzərində qurmağa başladıq. Epizodların birində əlimə düşən şansı dəyərləndirə və rəqib qapısına yol tapa bildim. Bu, bizim üçün çox vacib qələbə idi.
- “Bakı” qələbə seriyasını davam etdirməyə nə dərəcədə hazırdı?
- Əlbəttə, növbəti oyunlara da hər dəfə olduğu kimi hazırlaşacağıq. Mümkün olan hər şeyi edəcəyik ki, azarkeşlərimizi sevindirək.
- Əlbəttə, növbəti oyunlara da hər dəfə olduğu kimi hazırlaşacağıq. Mümkün olan hər şeyi edəcəyik ki, azarkeşlərimizi sevindirək.