2 sentyabr 2013 00:07
Branislav Arsenyeviç: Qarabağ üzərində layiqli qələbə qazandıq
AZAL-ın yarımmüdafiəçisi Branislav Arsenyeviç Topaz Premyer Liqasının 5-ci turunun “Qarabağ”la oyununu şərh edib. Bu oyundakı yeganə qolun müəllifi azerisport.az saytına müsahibəsində bunları söyləyib:
“Matç çətin alındı. Biz bilirdik ki, güclü komandaya qarşı oynayırıq. Erkən qol vursaq da, müdafiədə oturmadıq. “Qarabağ” yalnız oyunun sonlarında bir neçə qol vəziyyəti yarada bildi. Amma onlardan yararlana bilmədilər. AZAL layiqli qələbə qazandı”.