1 sentyabr 2013 12:16
İsrail Azərbaycanla oyun öncəsi daha iki futbolçusunu itirdi
Futbol üzrə İsrail yığması daha iki itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycanla oyuna hazırlaşan israillilərin heyətində müdafiəçilər - Taleb Tvatha və Eyal Meşumar da sıradan çıxıb.
Onların hər ikisi Hayfa “Maccabi”sində çıxış edir. Sözügedən oyunçular Avropa Liqasının pley-off mərhələsinin Rumıniya “Astra”sı ilə cavab matçında zədələniblər. Bu üzdən də onlar yığmanın heyətindən çıxarılıblar.
Qeyd edək ki, İsrail DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də Azərbaycan yığmasını qəbul edəcək.
