2 sentyabr 2013 00:18
Liderlər üçün qara tur
Topaz Premyer Liqasında 5-ci tur da artıq arxada qaldı. Azerisport.az xəbər verir ki, ilk oyun günündə üç görüş baş tutdu.
Cari mövsümün xala həsrət qalan yeganə komandası “Rəvan” “Sumqayıt”la üz-üzə gəldi. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qarşılaşan komandalar öz aralarında 11-ci oyuna çıxdılar. Bu komandalar indiyə qədər 10 dəfə qarşılaşmışdılar ki, bu görüşlərin səkkizi Premyer Liqa, ikisi isə Birinci Divizion çərçivəsində baş tutmuşdu. Statistikaya nəzər saldıqda, “Rəvan”ın böyük üstünlüyü gözə dəyirdi. Belə ki, “aslanlar” Premyer Liqada "Sumqayıt”la keçirdiyi 8 oyundan 5-də qalib gəlib və yalnız 2 halda meydanı xalsız tərk etmişdilər. “Sumqayıt”ın əldə etdiyi qələbələrin hər ikisi ötən mövsümə təsadüf edirdi. Birinci Diviziondakı qarşılaşmalara gəlincə, həmin oyunlar 2010/11 mövsümünə təsadüf edib və onlar da “Rəvan”ın qələbəsiylə başa çatıb – 4:0, 1:0. Lakin bu mövsüm hələ xal qazanmayan, ardıcıl dörd oyundu məğlubiyyətlə üzləşən paytaxt klubunun qalib gələcəyinə inam o qədər də çox deyildi. Çünki “Sumqayıt” bu komandaya nisbətən mövsümə daha yaxşı başlamışdı. Əslində bu oyunda da meydan sahibləri “Rəvan”a nisbətən daha yaxşı oyun sərgilədi. Lakin paytaxt təmsilçisinin vurduğu bir qol bu komandaya cari mövsümdə ilk xalını və qələbəsini qazandırdı.
Qəbələnin eyni adlı komandası bu tur “Xəzər Lənkəran”ı qəbul etdi. Son iki oyunda uduzan Yuri Syominin komandası hələ də qələbə qazana bilməyən Con Toşakın yetirmələrini məğlub yola salmağı hədəfləmişdi. Qəbələdəki qarşılaşma bu komandalar arasındakı 21-ci duel idi. Belə ki, indiyədək komandalar 18 dəfə çempionat, 2 dəfə kubok çərçivəsində üz-üzə gəlmişdilər. Bu oyunlarda 11 dəfə “Xəzər Lənkəran”, 4 dəfə “Qəbələ” qalib gəlmişdi. Digər 5 matç isə heç-heçə nəticələnmişdi. Komandalar cari mövsümə fərqli start vermişdilər. “Qəbələ” yeni mövsümdəki iki ardıcıl qələbədən sonra iki dəfə də məğlub olduğu halda, “Xəzər Lənkəran” bir oyunda uduzub, digər üç oyunda heç-heçə etmişdi və hələ ki, qələbəyə həsrət idi. Toşakın komandası bu həsrətinə Qəbələdə son qoymağı arzulasa da, buna nail ola bilmədi. Çünki daha inamlı oyunu ilə seçilən Syominin yetirmələri nəinki ardıcıl üçüncü məğlubiyyətə imkan vermədilər, hətta bu komandanı məğlub yola saldılar. Nəticədə, “Xəzər Lənkəran”ın uğursuz çıxışı davam edərkən ölkəmizdə çalışan iki ən ünlü əcnəbi mütəxəssisin duelindən də Syomin qalib çıxmış oldu.
İlk günün daha bir maraqlı dueli “Neftçi” ilə “Bakı” arasında baş tutdu. “Bakı”nın təlim-məşq bazasının stadionunda keçiriləb paytaxt derbisinə maraq böyük idi. Cari mövsümə uğurlu start verən son ölkə çempionu yalnız son turun “Xəzər Lənkəran”la səfər oyununda büdrəmişdi və lider “Qarabağ”ın əsas izləyicisiydi. “Zolaqlılar” isə startdakı ardıcıl iki məğlubiyyətdən sonra artıq özünə gəlmişdi və növbəti qələbə arzusundaydı. Milinko Pantiçin hücum futbolu sərgiləyən komandası qələbələrini adətən darmadağınla əldə edirdi və bu baxımdan “Neftçi” ilə oyun xüsusi maraq doğururdu. Hər halda iki hücum futbolu sərgiləyən komandanın dueli xüsusi diqqət mərkəzində olmaya bilməzdi. Nə qədər gözlənilməz olsa da, son oyunlarında darmadağına sevinən "zolaqlılar" "Neftçi"yə də eyni aqibəti yaşatdı. Bu, ölkə çempionunun yeni mövsümdəki ilk yenilgisi oldu. “Bakı” isə getdikcə turnir cədvəlinin üst pillələrinə qalxmağa davam edir.
Son oyun günündə iki görüş baş tutdu. “Şəfa” stadionunda “İnter” “Simurq”u qəbul etdi. Bu oyun komandaların 19-cu dueli idi. Buna qədər baş tutan 18 oyundan 16-sı çempionat çərçivəsində keçirilmişdisə, 2 matç da ölkə kubokunun payına düşürdü. “İnter” bu oyunlarda rəqibini 14 dəfə məğlub ermişdisə, "Simurq" 3 qələbəyə malik idi. 18 oyundan yalnız biri heç-heçə başa çatmışdı. “İnter” də cari mövsümə çox uğursuz başlayan komandalardan biri idi. “Bankirlər” startdakı üç oyunda uduzduğundan yalnız sonuncu “Rəvan”la görüşdə qazandığı qələbə sayəsində uğursuz gedişata son qoya bilmişdi. Bu üzdən paytaxt klubunun futbol ictimaiyyəti tərəfindən “kiçik qardaş”ı kimi qələmə verilən Zaqatala təmsilçisini də məğlub yola salacağı heç kimdə şübhə doğurmurdu. Çünki onsuz da “Simurq”un ötən mövsümkü əzəmətindən əsər qalmamışdı və komanda bu il qeyri-sabit çıxışı ilə fərqlənirdi. Lakin gözlənilənlərin əksinə olaraq, Georgi Çixradzenin yetirmələri bu oyunda böyük sürprizə imza atdılar. Hesabı paytaxt klubu açsa da, qonaqlar əzmkar qələbə qazanmaqla hamını təəccübləndirdilər. “İnter” isə turnir cədvəlinin alt pillələrində sürünməyə davam edir.
Daha bir maraqlı görüş çempionatın vahid lideri “Qarabağ”la AZAL arasında keçirildi. Hər iki komanda çox inamla irəliləyirdi. Ağdam klubu bu tura qədər çempionatın maksimum nəticə göstərən yeganə komandasıydı. Qurban Qurbanovun komandası Avropa Liqasındakı çıxışını da dayandırdığından, artıq bütün diqqətini Premyer Liqaya yönəldəcəyi şübhə doğurmurdu. “Təyyarəçilər” isə yalnız ilk turda “Neftçi” ilə oyunda məğlub olmuşdu və ondan sonrakı oyunlardan maksimum nəticə ilə ayrılmışdı. Vaqif Sadıqovun komandası bu turda da özündən söz etdirməyi bacardı. Paytaxt klubu lider üzərində minimal hesablı qələbə qazanmaqla rəqibinə şərik oldu və ilk pilləyə qalxdı.
Topaz Premyer Liqası
5-ci tur
Bakı – Neftçi – 3:0
Qollar: Rauf Əliyev, 11, Əfran İsmayılov, 32, Mario Alvares, 68.
Sarı vərəqələr: Mindauqas Kalonas, 41 (qeyri-idman hərəkəti); Kamran Ağayev, 78 (oyunun bərpasını gecikdirdiyinə görə); Aleksandar Şoliç, 89 (qeyri-idman hərəkəti) - Erik Ramos, 72 (qeyri-idman hərəkəti); Cavid İmamverdiyev, 83 (sistematik qayda pozuntusuna görə).
Qırmızı vərəqələr: Cavid Hüsyenov, 48 (rəqibin üzünə əllə vurduğuna görə); Aqil Məmmədov, 49 (hakimi təhqir etdiyinə görə).
Hakimlər: Rəhim Həsənov, Mübariz Haşımov, Yaşar Abbasov, Feyzulla Feyzullayev.
Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Məlik Həsənov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
31 avqust 2013. Bakı. “Bakı” FK-nın təlim-məşq bazasının stadionu. 1000 tamaşaçı.
Bakı: 29. Kamran Ağayev (k), 3. Yure Travner, 4. Pedro Mario Alvares, 5. Ruben Qonsales, 6. Vadim Abdullayev, 7. Əfran İsmayılov, 8. Cavid Hüseynov, 11. Rauf Əliyev (21. Elvin Məmmədov, 80), 12. Etto (2. Deyvidas Çesnauski, 56), 20. Mindauqas Kalonas (10. Aleksandar Şoliç, 87), 23. Lukas Mario Horvat.
Ehtiyat oyunçular: 1. Aqil Məmmədov, 19. Marius Pena, 24. Georgios Pelagios, 27. Rəhman Hacıyev.
Baş məşqçi: Milinko Pantiç.
Neftçi: 30. Saşa Stamenkoviç, 3. Denis Silva, 5. İqor Mitrseki, 6. Rəşad Sadiqov (k) (19. Mirhüseyn Seyidov, 72), 9. Flavinyo, 10. Cavid İmamverdiyev, 11. Melvin Platye (14. Bahodir Nasimov, 46), 15. Erik Ramos, 22. Mahir Şükürov, 32. Elvin Yunuszadə (7. Araz Abdullayev, 55), 90. Ernest Nfor.
Ehtiyat oyunçular: 1. Pavel Doroşev, 4. Tərlan Quliyev, 16. Bruno Bertuççi, 28. Emin Mehdiyev.
Məşqçi: Tərlan Əhmədov.
Qəbələ - Xəzər Lənkəran – 2:0
Qollar: Leonardo da Silva, 38, Lorenzo Ebesilio, 61.
Sarı vərəqələr: Leonardo da Silva, 66 (qeyri-idman hərəkəti); Lorenzo Ebesilio, 66 (qeyri-idman hərəkəti); Nikola Valentiç, 81 (qeyri-idman hərəkəti).
Hakimlər: Vüsal Əliyev, Munis Abdullayev, Nahid Əliyev, Ömər Paşayev.
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 3 dəq.
31 avqust 2013. Qəbələ şəhər stadionu. 1200 tamaşaçı.
Qəbələ: 25. Dieqo Kosta, 2. Rail Məlikov, 3. Nikola Valentiç, 4. Amit Quluzadə, 6. Vladimir Levin (k), 8. Nizami Hacıyev, 9. Viktor Mendi (18. İbrahima Niasse, 71), 10. Dodo (19. Abdulvahid Afolabi, 81), 14. Lorenzo Ebesilio (34. Ürfan Abbasov, 86), 42. Leonardo da Silva, 84. Deyan Kelhar.
Ehtiyat oyunçular: 27. David Petrkeviç, 5. Sadiq Quliyev, 11. Yannik Kamanan, 22. Rodriqes Assis.
Baş məşqçi: Yuri Syomin.
Xəzər Lənkəran: 1. Orxan Sadıqlı, 3. Vanderson Skarduelli, 4. Alvaro Silva, 5. Elnur Allahverdiyev, 7. Sadio Tounkara (22. Deyvid Sakkoni, 73), 10. Elnur Abdullayev, 11. Zohair Benuahi (8. Edu Oriol, 46), 12. Junior Nildo, 14. Rahid Əmirquliyev (k), 20. Etame Mbilla (55. Ağabala Ramazanov, 68), 27. Adrian Skarlatake.
Ehtiyat oyunçular: 25. Tərlan Qasımzadə, 6. Rasim Ramaldanov, 18. Tural Cəlilov, 23. Nikola Qliqorov.
Baş məşqçi: Con Toşak.
Sumqayıt – Rəvan – 0:1
Qol: Kamil Nurəhmədov, 50.
Sarı vərəqələr: Vüqar Əsgərov, 44 (qeyri-idman hərəkəti); Nurlan Novruzov, 52 (simulyasiya) - Miloş Adamoviç, 39 (qeyri-idman hərəkəti); Ramazan Abbasov, 68 (qeyri-idman hərəkəti); 89 (simulyasiya); Ceyhun Cavadov, 81 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Ramazan Abbasov, 89.
Hakimlər: Fariz Yusifov, Cavanşir Yusifov, İsgəndər Əliyev, Xəlil Hüseynli.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Asim Xudiyev.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
31 avqust 2013. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu. 1700 tamaşaçı.
Sumqayıt: 1. Anar Nəzirov, 2. Slavik Alxasov, 3. Vurğun Hüseynov, 4. Samir Abasov (k), 8. Aqşin Muxtaroğlu (77. Mirzağa Hüseynpur, 78), 10. Ruslan Qurbanov, 18. Aleksandr Çertoqanov, 22. Zaur Həşimov (15. Nodar Məmmədov, 21) (7. Pərdis Fərcad-Azad, 60), 27. Nurlan Novruzov, 86. Elşən Abdullayev, 91. Vüqar Əsgərov.
Ehtiyat oyunçular: 12. Elçin Sadıqov, 17. Adil İbrahimov, 20. Sabir Allahquliyev, 92. Bəxtiyar Həsənalızadə.
Baş məşqçi: Aqil Məmmədov .
Rəvan: 1. Lukaş Sapela, 5. Aqil Nəbiyev, 7. Elvin Həsənəliyev (17. Ramazan Abbasov, 63), 10. Sebastyan Kastro-Tello (6. Ceyhun Cavadov, 58), 11. Kamil Nurəhmədov, 20. Miloş Adamoviç, 21. Novruz Məmmədov, 27. Rəşad Abdullayev (k), 29. Əziz Quliyev (30. Cəmşid Məhərrəmov, 56), 38. İvan Pexa, 40. Mişel Balokoq.
Ehtiyat oyunçular: 12. Fuad Əhmədov, 9. Elnur Abdulov, 33. Sahib Savankulov, 8. Frederik Holster.
Baş məşqçi: Vladislav Qədirov.
İnter – Simurq – 1:2
Qollar: İlqar Ələkbərov, 31 - Draqan Çeran, 78, Raul Kostin, 89.
Sarı vərəqələr: Aleksandr İaşvili, 13 (qeyri-idman hərəkəti); Brüs Abdulay, 44 (qeyri-idman hərəkəti); Baçana Sxadadze, 75 (hakimin qərarına etiraz) - Patrik Osiako, 17 (qeyri-idman hərəkəti); Stepan Polyak, 40 (qeyri-idman hərəkəti).
Hakimlər: Əliyar Ağayev, Elman Musayev, Zeynal Zeynalov, Namiq Bəkirov.
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Fazil Mürşüdov.
Artırılan vaxt: I hissədə - 2 dəq.; II hissədə - 3 dəq.
1 sentyabr 2013. Bakı. “Şəfa” stadionu. 600 tamaşaçı.
İnter: 96. Elşən Poladov, 5. Slavço Georgiyevski, 7. Ruslan Əmircanov, 8. Mikel Alvaro (77. Flavio Bek Junior, 13), 9. Aleksandr İaşvili (11. Asif Məmmədov, 62), 14. İlqar Ələkbərov, 20. Brüs Abdulay, 28. Baçana Sxadadze, 33. Matita Spiçiç, 44. Joao Paulo de Souza, 70. Vaqif Cavadov (k).
Ehtiyat oyunçular: 1. Georgi Lomaya, 4. İvan Benites, 6. Samir Zərgərov, 21. Arif Daşdəmirov, 47. Abdulla Abatsiyev.
Baş məşqçi: Kaxaber Sxadadze.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 4. Dilaver Zrnanoviç, 5. Anderson Oliveyra, 8. Patrik Osiako (30. Raul Kostin, 70), 11. Draqan Çeran, 15. Stepan Polyak (22. Salif Ballo, 64), 18. Tural Axundov, 19. Orxan Səfiyaroğlu (10. Rəşad Eyyubov, 54), 28. Nenad Kiso, 77. Nicat Qurbanov.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 7. Ruslan Poladov, 16. Məhərrəm Hüseynov, 20. İdan Vaytsman.
Baş məşqçi: Georgi Çixradze.
Qarabağ – AZAL – 0:1
Qol: Branislav Arsenyeviç, 21.
Sarı vərəqələr: Riçard Almeyda, 45+1 (qeyri-idman hərəkəti); Maksim Medvedev, 69 (qeyri-idman hərəkəti); Vüqar Nadirov, 72 (hakimin qərarına etiraz); Qara Qarayev, 84 (qeyri-idman hərəkəti); Rəşad Sadıqov, 87 (qeyri-idman hərəkəti) - Oskar Klava, 10 (qeyri-idman hərəkəti); Aleksandr Şemonayev, 25 (qeyri-idman hərəkəti); Xose Aylton, 43 (qeyri-idman hərəkəti); Samuel Barlay, 57 (qeyri-idman hərəkəti); Ruslan Tağızadə, 58 (sistematik qayda pozuntusu).
Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Elşən Acalov, Sərxan İsmayılov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Artırılan vaxt: I hissədə - 1 dəq.; II hissədə - 4 dəq.
1 sentyabr 2013. Bakı. “Baksel Arena” stadionu. 1500 tamaşaçı.
Qarabağ: 1. Fərhad Vəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (18. İlqar Qurbanov, 71), 9. Reynaldo Silva, 11. Nikolas Gelaşvili (88. Ulrix Kapolonqo, 60), 14. Rəşad Sadıqov (k), 16. Corc Leroy (17. Vüqar Nadirov, 60), 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov, 70. Çumbinyo.
Ehtiyat oyunçular: 89. Miro Varvodiç, 6. Hacı Əhmədov, 7. Namiq Yusifov, 24. Admir Teli.
Baş məşqçi: Qurban Qurbanov.
AZAL: 12. Cahangir Həsənzadə (k), 3. Aleksandr Şemonayev, 4. Xose Junior Aylton, 8. Qərib İbrahimov, 10. Con Oluremi, 15. Oskar Klava, 17. Viktor İqbekoyi (30. Yuri Fomenko, 83), 18. Samuel Barlay (28. Emin Cəfərquliyev, 62), 20. Branislav Arsenyeviç, 22. Ruslan Tağızadə (7. Cavid Tağıyev, 90), 32. Vladimir Boqdanoviç.
Ehtiyat oyunçular: 1. Ruslan Məcidov, 2. Xuan Fransisko, 23. Tural Nərimanov, 31. Şəhriyar Rəhimov.
Baş məşqçi: Vaqif Sadıqov.
| 1 | AZAL | 5 | 4 | 0 | 1 | 6 | 5 | +1 | 12 |
| 2 | Qarabağ | 5 | 4 | 0 | 1 | 10 | 2 | +7 | 12 |
| 3 | Neftçi | 5 | 3 | 1 | 1 | 7 | 4 | +3 | 10 |
| 4 | Bakı | 5 | 3 | 0 | 2 | 12 | 3 | +9 | 9 |
| 5 | Qəbələ | 5 | 3 | 0 | 2 | 8 | 6 | +2 | 9 |
| 6 | Simurq | 5 | 2 | 1 | 2 | 4 | 5 | –1 | 7 |
| 7 | Sumqayıt | 5 | 1 | 1 | 3 | 4 | 9 | –5 | 4 |
| 8 | İnter | 5 | 1 | 0 | 4 | 10 | 10 | 0 | 3 |
| 9 | XL | 5 | 0 | 3 | 2 | 1 | 5 | –4 | 3 |
| 10 | Rəvan | 5 | 1 | 0 | 4 | 2 | 14 | –12 | 3 |
Bombardirlər:
3 - Cavid Hüseynov (Bakı), Bahodir Nasimov (Neftçi), Çumbinyo (Qarabağ), Mindauqas Kalonas (Bakı), Viktor İbekoyi (AZAL), Baçana Sxadadze (İnter).
