1 sentyabr 2013 12:33
Baku United UEFA Kubokunda növbəti rəqiblərini tanıdı
Böyük Britaniyada fəaliyyət göstərən “Odlar Yurdu” təşkilatının təsis etdiyi “Baku United” futzal klubunun UEFA Futzal Kubokunun əsas mərhələsindəki rəqibləri müəyyənləşib. Azerisport.az xəbər verir ki, təsnifat mərhələsi çərçivəsində çıxış etdiyi B qrupunda hər iki oyununda qalib gələn bu komanda əsas mərhələdə 4-cü qrupda yarışacaq.
Bu qrupda Azərbaycan paytaxtının adını daşıyan İngiltərə çempionu “Chrudim” (Çexiya), “Litija” (Sloveniya) və “Omonia” (Kipr) komandaları ilə mübarizə aparmalı olacaq.
