2 sentyabr 2013 17:54
Əli Gökdəmir Almaniyada 75 dəqiqə oynadı
Futbol üzrə Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, millimizin üzvü Əli Gökdəmirin çıxış etdiyi “Hannover “in ikinci komandası "Eintracht”ı (Norderstedt) qəbul edib.
Qarşılaşma "Hannover”in 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü meydana start heyətində çıxıb.
Baş məşqçi Sören Osterland onu 75-ci dəqiqədə əvəzləyib. Həmin vaxt hesab 1:1 olub.
