2 sentyabr 2013 18:28
Birinci Divizionun püşkü nə vaxt atılacaq?
Futbol üzrə Azərbaycan Birinci Divizionunun püşkatma mərasimi keçiriləcək. Azerisport.az xəbər verir ki, tədbir 5 sentyabr tarixində AFFA-nın inzibati binasında təşkil olunacaq.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb. Məlumatda bildirilir ki, saat 12:00-da başlayacaq tədbirə bütün KİV nümayəndələri dəvətlidi.
