2 sentyabr 2013 11:15
Asim Xudiyev DÇ-nin seçmə matçına təyinat aldı
Beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsinin A qrupunda sentyabrın 6-da keçiriləcək Makedoniya - Uels oyununun hakim-inspektoru Asim Xudiyev olacaq.
