2 sentyabr 2013 11:26
Yığmamızın mətbuat üçün açıq məşqi olacaq
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat Gan şəhərindəki eyniadlı stadionda keçiriləcək İsrail - Azərbaycan oyununa hazırlıq məqsədilə millimiz Bakı şəhərində təlim-məşq toplanışındadı. Azerisport.az xəbər verir ki, sabah - sentyabrın 3-də, saat 11:00-da, "Bakcell Arena"da Azərbaycan milli komandasının mətbuat nümayəndələri və azarkeşlər üçün açıq məşqi keçiriləcək.
Məşqdən əvvəl jurnalistlərin futbolçulardan açıqlama almasına şərait yaradılacaq.
