3 sentyabr 2013 00:03
İnter daha üç futbolçunun keçidini həll etmək üzrədi
“İnter” növbəti transferlərini həyata keçirməyə çox yaxındı. Azerisport.az xəbər verir ki, paytaxt klubu baxışa dəvət etdiyi paraqvaylı futbolçuları heyətinə qatmağa qərar verib.
David və Sezar Meza Kolli qardaşları ilə müqavilələrin şərtləri demək olar ki, müəyyənləşdirilib. “Bankirlər” hər iki yarımmüdafiəçini saxlamağa qərar veriblər. Onlarla müqavilə imzalanan kimi, Premyer Liqa üçün sifariş olunacaqlar.
“İnter” həmçinin futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Elhad Nəziri ilə də danışıqlar aparır. Rumıniyanın “Petrolul” klubundan ayrılaraq “Rəvan”a keçən, amma bu klubda cəmi 9 gün duruş gətirən futbolçu hazırda azad agentdi. Baş məşqçi Vladislav Qədirovun etimadını doğrulda bilməyən, eləcə də məşqlərə səhlənkar yanaşdığı iddia olunan futbolçunu indi “İnter” heyətinə qatmaq istəyir.
