2 sentyabr 2013 12:11

Riçard Almeyda: Qarabağ yorğun olduğu üçün uduzdu

“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeydanın azerisport.az saytına müsahibəsi
 
- Premyer Liqanın 5-ci turunun AZAL ilə oyunu gözlənilməz nəticə ilə başa çatdı. Rəqibiniz həm də daha çox hücum etdi, tam fərqli oyun sərgilədi. Bu, sizin üçün gözlənilməz olmadı ki?
- Doğrudan da elədi. Biz ağır oyundan sonra uzun yol qət etmişdik. İstər-istəməz komandada yorğunluq var idi. Mən AZAL-ı bu qələbə münasibətilə təbrik etmək istəyirəm. Onlar indi turnir cədvəlində bizdən də öndə qərarlaşmaq şansı qazandılar.
 
- Deməli, bu məğlubiyyətin əsas səbəbi yalnız yorğunluqdu?
- Biz hələ bu cür sıx qrafiklə oynamağa tam alışmamışıq. Bu gün bütün komanda çox yorğun təsir bağışladı. Bu üzdən də hücumlarımız sürətli, kəsərli olmadı. Hər halda bu futboldu. Bu oyunda həmişə qalib gəlmək olmur.
 
- Bu məğlubiyyət qarşıdakı vacib oyunlar öncəsi komandaya mənfi təsir göstərə bilər?
- Bizə öz gücümüzü bərpa etmək üçün vaxt lazımdı. Bu oyuna məlum səbəblərdən tam hazırlaşa bilməmişdik. Amma növbəti oyunlara qədər tam hazır olmaq üçün əlimizdən gələni edəcəyik. Ciddi hazırlaşmalıyıq.
 
- Siz əvvəllər daha çox oyun qurucusu kimi çıxış edirdiniz, hücuma dəstək verirdiniz. Amma son oyunlarda çox geriyə çəkilməyə başlamısız. Bu, nə ilə bağlıdı?
- Bəli, əvvəlki oyunlarda eləydi. Amma oyundan-oyuna çox şey dəyişir. Son oyunlarda baş məşqçimiz məhz meydanın dərinliklərindən oynamağımı lazım bildi. Müdafiəçilərə kömək etməklə yanaşı oyun qurmağa çalışmalıydım. Bir sözlə, bu, Qurban Qurbanovun göstərişidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.