3 sentyabr 2013 00:18
Yığmaızın hücumçusunun Almaniya çempionatındakı qolu (VİDEO)
Xəbər verdiyimiz kimi, Almaniyanın Regional Liqasında növbəti turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, futbol üzrə Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi “Kaiserslautern II” “Pfullendorf”u qəbul edib. Oyun Rüfətin komandasının 7:0 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin üzvü 51-ci dəqiqədə Yan-Lukas Dorovun yerinə meydana çıxıb. Dadaşov 65-ci dəqiqədə “Pfullendorf”un qapısına yol taparaq hesabı 5:0-a çatdırıb.
