3 sentyabr 2013 00:26
Abışov Ryazantsevlə mərcə girdi: Azərbaycan Rusiyadan ən azı 1 xal alacaq (FOTO)
Futbol üzrə Azərbaycan yığmasının və Rusiyanın “Rubin” klubunun müdafiəçisi Ruslan Abışov komanda yoldaşı olan İsrail yığmasının oyunçusu Bibars Natxo barədə fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
“Natxo ilə münasibətlərimiz əladı. O, həm insan, həm də futbolçu kimi ən yaxşı sözlərə layiqdi. Bir sözlə əsl peşəkardı. Hərdən məşqlərdə istər Natxo, istərsə də Rusiya millisinin futbolçusu Ryazantsevlə dialoqumuz olur. Axı bizim millilər eyni qrupda mübarizə aparır. Natxo deyir ki, Azərbaycanla oyun İsrail üçün çox vacibdi və onlara qələbə hava-su kimi lazımdı. Hətta Rusiya millisi də bizim İsraildən xal almağımızı istəyir. Mənim isə Ryazantsevlə şəxsi mərcim var. O, iddia edir ki, Rusiya Bakıdan 3 xal aparacaq. Mən isə ona demişək ki, Rusiya ilə oyunda komandamız minimum 1 xal qazanacaq. Əlbəttə, bütün bunlar sadəcə söhbətdi. Kimin güclü olduğunu meydan göstərəcək”.
