2 sentyabr 2013 12:54

70-ci qələbə, 80-cu qolçu

“Qəbələ” Topaz Premyer Liqasının 5-ci turunda “Xəzər Lənkəran” üzərində 2:0 hesablı qələbə qazandı. Azerisport.az xəbər verir ki, mövsümdə 3-cü dəfə meydanı 3 xalla tərk edən komanda bir neçə ilkə imza atdı.
 
“Qırmızı-qaralar” mövsümdə ilk dəfə oyunda hesabı açan tərəf oldu. Belə ki, əvvəlki 2 qalibiyyət zamanı ilk qol rəqibdən gəlmiş, “Qəbələ” isə əzmkar qələbə ilə fərqlənmişdi.
 
Öncəki qələbələrini minimal fərqlə əldə edən komanda bu dəfə 2 top fərqinə sevindi. Baş məşqçi Yuri Syominin rəhbərliyi altında ilk dəfə inamlı qələbə əldə edən “qırmızı-qaralar” sonuncu dəfə ötən mövsümün 21-ci turunda 2 top fərqli zəfər çalmışdı. Həmin vaxt da rəqib “Xəzər Lənkəran” idi – 2:0. Növbəti 15 oyunda qazanılan 4 qələbənin hamısı isə 1 top fərqilə əldə olunmuşdu.
 
Bu dəfəki qələbə həm də klub tarixində evdə qazanılan 70-ci qələbə oldu. 13 dəfə I dəstə, 10 dəfə kubok və 47 dəfə Premyer Liqada qonaqları məğlub edən “Qəbələ” öz meydanındakı 138-ci qarşılaşmada 70-ci dəfə qalib gəldi.
 
Yeni komandasında qol hesabını açan Lorenzo Ebesilio “Qəbələ”də qol sevinci yaşayan 80-ci futbolçu oldu. Daha 6 qol isə rəqiblərin avtoqolu sayəsində mümkün olmuşdu. Ebesilio 80 nəfərlik siyahıda ilk hollandiyalı kimi tarixə düşdü. Belə ki, onadək “qırmızı-qara” formada çıxış etmiş hollandiyalılar - 55 oyun keçirən Stiv Olfers və 2 matçın iştirakçısı olan Con Kollins qola həsrət qalmışdı. Ebesilio Premyer Liqada “Qəbələ” üçün qol vuran 60-cı oyunçudu.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.