3 sentyabr 2013 00:49

Milinko Pantiç: Azərbaycan futbolunda çoxlu mənfur adamlar var

“Bakı”nın baş məşqçisi Milinko Pantiçin azerisport.az saytına müsahibəsi
 
- Premyer Liqanın son turunda “Neftçi”ni darmadağın etməyiniz gözlənilməz və sensasion alındı. Son illərin Azərbaycan çempionu çoxdan idi belə böyük hesabla uduzmurdu. Bunu nəzərə alsaq, “Bakı”nın belə qələbə qazanması necə mümkün oldu?
- Bəs mən burda nə üçünəm? Məni ona görə dəvət ediblər ki, “Bakı”da hər şeyi yaxşıya doğru dəyişim. Gördüyünüz kimi, pis başlamamışıq.
 
- Amma ilk turlarda “Bakı”da hər şey alınmırdı. İlk iki turdakı ardıcıl məğlubiyyətlərdən sonra vəziyyəti necə dəyişə bildiniz?
- Heyətimiz tam formalaşmamışdı. Mən adicə müdafiədə kimi oynadacağımı bilmirdim. İndi isə tam fərqli komandam var.
 
- Adətən yeni gələnlərə uyğunlaşmaq üçün vaxt lazım gəlir, futbolçular bir-birini yaxşı başa düşə bilmirlər. “Bakı” bu problemi necə yoluna qoydu?
- Siz özünüz də hər şeyi görürsüz. Bura sıradan futbolçuları çağırmamışıq. Ağıllı futbolçuya uyğunlaşmaq üçün çox vaxt lazım olmur. Məsələn, Kamran Ağayevin oyunu mənim çox xoşuma gəlir. Baxmayaraq ki, o, ötən mövsümdən bu komandadadı. Qapıçımız müdafiəçilərə çox kömək edir.
 
- “Bakı” növbəti turlarda da belə inamlı çıxışını davam etdirə biləcək?
- Heç nəyə söz vermək istəmirəm. Amma öz hədəfimizə çatmaq üçün oyundan-oyuna artırmalı, hər matça maksimum nəticə üçün çıxmalıyıq. Hazırda əsas hədəfimiz  “Xəzər Lənkəran”la səfər matçında uğur qazanmaqdı. Lənkəran klubu adi rəqib deyil. Bizi çox çətin matç gözləyir. Futbolçularımın qarşısına qlobal hədəflər qoymuram. Qoy sadəcə növbəti oyunda qələbə qazanmaq barədə düşünsünlər. Mənə indi onların hər matçda son dəqiqəyə qədər vuruşması lazımdı.
 
- “Bakı”nın əvvəllər də güclü heyəti olub. Amma bu komanda heç də həmişə öz istəyinə çata bilməyib...
- Mən Azərbaycan futbolunda yeni simayam. Lakin buna baxmayaraq, burda çoxlu mənfur adamların olduğu diqqətimdən yayınmayıb. Hansı ki, işləməyə imkan vermirlər. Amma mən öz işimə inanıram. Məni mövsümün əvvəlindən tənqid etmək lazım deyil. Qiymət vermək üçün maya qədər gözləmək lazımdı. Ondan sonra kim, necə istəsə, danışa, qiymətləndirə bilər. Allah eləsin ki, “Bakı” may ayında çempionluğunu bayram etsin.
 
- Siz artıq çempionluq barədə düşünürsüz?
- Çempion olacağımızı deyə bilmərəm. Amma bu mübarizənin bizim üçün yaxşı bitəcəyinə inanmaq istərdim. Məncə, “Neftçi” ilə oyunda çempiondan zəif olmadığımızı lazımınca isbatlaya bildik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.