2 sentyabr 2013 14:43

Georgi Nikolov: Premyer Liqadakı yerimizi qorumağa çalışmalıyıq

“İnter”in prezidenti Georgi Nikolovun azerisport.az saytına müsahibəsi
 
- “İnter”də nə baş verir?
- Siz bunu məndən niyə soruşursuz? Mən də hamı kimi olanları kənardan izləyirəm.
 
- Bəs kimdən soruşaq? Axı siz bu klubun prezidentisiz?
- Prezident meydanda oynamır. Bir neçə saat öncə futbolçularla söhbətim oldu. Mən də bu sualı onlara verdim. Hər halda bu, o komandadı ki, ötən mövsüm “Simurq”a 5:0 hesabıyla qalib gəlmişdi. İndi isə hesabı açdığımız halda meydanı məğlub tərk edirik.
 
- Futbolçuların cavabı nə oldu?
- Heç nə. Başlarını aşağı salıb, susdular. Qoy onlar mənə cavab versinlər, onda mən də sizə komandada nə baş verdiyini izah edərəm. İndiki halda isə mənim üçün də hər şey qaranlıq qalır.
 
- Bu, “İnter”in tarixindəki ən pis startdı...
- Bəli. Mən hələ komandamın bu cür uğursuz startını xatırlamıram. Belə uğursuzluqla heç vaxt üzləşməmişdik.
 
- Adətən, Premyer Liqa klubları belə ardıcıl uğursuzluqlar olanda futbolçuları cərimələyirlər. Sizdə bəs hansı cəza tədbirləri var?
- Ən pis cəriməni onlar özlərinə kəsiblər. Çünki qələbəyə görə bonuslardan məhrum olublar. Digər tərəfdən peşəkar futbolçu üçün istənilən məğlubiyyət elə cəzadı. Mən pul cəzasının tərəfdarı deyiləm. Bu, yaxşı heç nə vəd etmir. Mən bu gün komandanın istirahətə yollanmasına da qadağa qoydum. Yığmaya yollanan futbolçular istisna olmaqla, qalan hamı “Neftçi” ilə görüşün hazırlıqlarında iştirak edəcək.
 
- Bunu da futbolçular üçün ağır cəza saymaq olar?
- Bunun nəyi cəzadı? Bu, sadəcə iş prosesidi. Onlar daha çox çalışmalıdılar. Bunun üçün kifayət qədər normal pul qazanırlar.
 
- Kaxaber Sxadadzenin son oyunun ardından mətbuat konfransına qatılmamasına münasibətiniz necədi?
- Bu barədə hamı məndən soruşur. Nə olsun ki, gəlməyib? Bu insanı başa düşmək lazımdı. Hər halda nəticəyə görə üzgündü. Tutaq ki, mətbuat konfransına gələcəkdi, jurnalistlər ona təxribatçı suallar verəcəkdilər və böyük qalmaqallar yaranacaqdı. Ona görə də baş məşqçinin konfransa qatılmamasının daha yaxşı olduğunu düşünürəm.
 
- Bəs komandanın gələcək aqibəti necə olacaq?
- Minimum Premyer Liqadakı yerimizi qorumalıyıq.
 
- Yəni vəziyyət o qədər acınacaqlıdı ki, “İnter” sadəcə bu barədə düşünməyə başlayıb?
- Bu cür nəticələrdən sonra başqa nə haqda düşünə bilərik ki?

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.