2 sentyabr 2013 15:06
Hakimlərimiz Moldova - Uels oyununa təyinat aldılar!
FIFA referisi Rəhim Həsənov yeni təyinat alıb. Azerisport.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 10-da keçiriləcək Moldova - Uels oyununun baş hakimi Rəhim Həsənov olacaq.
Ona Yaşar Abbasov və Mübariz Haşımov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabbarov yerinə yetirəcək.
