2 sentyabr 2013 15:37
Qarabağ: Hoffenheim bizə Reynaldo ilə bağlı müraciət etməyib
Futbol üzrə Almaniya Bundesliqasında çıxış edən “Hoffenheim” klubunun “Qarabağ”ın yarımmüdafiəçisi Reynaldo ilə maraqlandığı barədə xəbər vermişdik. Azerisport.az xəbər verir ki, bu barədə Almaniya mətbuatı iddia irəli sürüb.
Lakin Ağdam klubundan aldığımız məlumata görə, bu, sadəcə şayiədi. Məsələ burasındadı ki, Bundesliqa təmsilçisi 24 yaşlı braziliyalı futbolçuya görə “Qarabağ”a heç bir müraciət ünvanlamayıb.
