2 sentyabr 2013 15:57
Manchester United Qəbələnin futbolçusunu heyətinə qatmaq istəyir
İngiltərənin “Manchester United” klubu heyətinə azərbaycanlı futbolçu qatmaq istəyir. Azerisport.az xəbər verir ki, bu, 12 yaşlı Tamerlan Rizvanovdu.
Qeyd edək ki, Bakcell şirkəti və AFFA-nın təşkilatçılığı ilə 5 azərbaycanlı uşaq – Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Xəyal Əliyev və Tamerlan Rizvanov avqustun 10-dan etibarən Mançester şəhərindəki Denston kollecində "Mançester Yunayted" Yay Futbol Məktəbində toplanışdaydı. Artıq onlara vətənə qayıdıblar.
Lakin “Qəbələ” futbol akademiyasının direktor müavini Nail Kərimovun sözlərinə görə, məhz bu kluba məxsus olan Tamerlan Rizvanov oktaybrda yenidən Mançesterə yollanacaq. O, bu komandanın toplanışlarında iştirak edəcək və ingilislərin etimadını tam doğrulda bilsə, MY ilə müqavilə bağlayacaq. Bunun üçün isə öncə “Qəbələ” ilə danışıqlar aparılmalıdı. Çünki Rizvanovun Qəbələ klubu ilə gələn ilin sentyabr ayına qədər müqaviləsi var.
