2 sentyabr 2013 17:02
İsrail - Azərbaycan matçı ilə bağlı bütün təyinatlar açıqlandı
2014-cü ildə Braziliyada təşkil olunacaq dünya çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat Qan şəhərindəki eyniadlı stadionda keçiriləcək İsrail - Azərbaycan oyununu idarə edəcək hakimlərin adları açıqlanıb. Azerisport.az xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Məlumatda bildirilir ki, UEFA yığmamızın oyununa isveçli hakimləri, eləcə də serbiyalı hakim-inspektoru və belçikalı komissarı yollamağa qərar verib:
Baş hakim: Stefan Johannesson
Baş hakimin köməkçiləri: Stefan Wittberg, Fredrik Nilsson
Dördüncü hakim: Michael Lerjeus
(Hakimlər briqadası İsveçdəndir)
Hakim-inspektor: Miroslav Radoman (Serbiya)
Komissar: Jean-François Crucke (Belçika)
