3 sentyabr 2013 18:15

Rəvan Qarabağ ilə oyunun hazırlığına başladı (FOTOLAR)

"Rəvan” Topaz Premyer Liqasının 5-ci turu çərçivəsində "Sumqayıt” ilə qarşılaşdı. Azerisport.az xəbər verir ki, komandanın cari mövsüm ilk qələbəsini qazandığı görüşdən sonra baş məşqçi Vladislav Qədirovun istəyi ilə futbolçulara 2 günlük istirahət verilmişdi. Komanda üzvləri bu gündən yenidən hazırlığa başlayıb.
 
"Bayıl Arena”da baş məşqçi Vladislav Qədirovun rəhbərliyi altında keçirilən məşq 2 hissəyə ayrılıb. Belə ki, hazırlığın əvvəli fiziki hazırlığın yüksəldilməsinə hesablanmış təmrinlərlə olub. Ardından isə futbolçular taktiki-texniki hazırlığa keçib. Toplu çalışmalar komanda üzvləri, xüsusən də yeni transferlər arasındakı qarşılıqlı anlayışı yüksəltməyə hesablanmış formada olub. Sevindirici məqam ondan ibarətdir ki, artıq Xuan Manuel Varea da fərdi məşqlərə başlayıb. Qolkiperlər isə qapıçılar üzrə məşqçi Kamil Qafarovun rəhbərliyi altında çalışıb.
 
Qeyd edək ki, axşam məşqini komanda trenajor-zalda keçirəcək. Fiziki hazırlıq üzrə məşqçi Rastislav Svitskinin rəhbərliyi altında futbolçular əzələ qüvvəsini artırmağa çalışacaq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.