3 sentyabr 2013 11:03
Rövnəq Abdullayev millimizin üzvləri ilə görüşdü
Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının prezidenti Rövnəq Abdullayev AFFA-nın Futbol Akademiyasında Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirib. Azerisport.az xəbər verir ki, bir neçə gündən sonra İsrail millisi ilə görüşəcək komandamıza tövsiyələrini verən R.Abdullayev futbolçularımıza uğurlar arzulayıb.
Xatırladaq ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində sentyabrın 7-də, Ramat Gan şəhərindəki eyniadlı stadionda millimiz İsrail yığması ilə qarşılaşacaq.
