3 sentyabr 2013 11:14
Əfran İsmayılov da İsraillə oyunu buraxacaq
DÇ-2014-ün seçmə mərhələsində İsrail yığması ilə keçirəcəyi oyuna hazırlıq məqsədilə Bakıda təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının heyətində dəyişikliklər olub. Azerisport.az xəbər verir ki, zədəli olduqları üçün Əfran İsmayılov ("Bakı") və Səlahət Ağayev ("İnter") millinin heyətindən çıxarılıb.
Əvəzində, "Bakı" klubunun üzvü Aqil Məmmədov bu gündən etibarən millinin hazırlıq prosesinə cəlb olunub.
Qeyd edək ki, Səlahətin Aqillə əvəzlənəcəyini öncədən xəbər vermişdik. Amma İsrailə qarşı oynamayacağı bu gün məlum olan Əfranın əvəzində komandamıza heç kimin çağırılmaması diqqət çəkir.
