3 sentyabr 2013 11:56

Bibras Natxo: Abışov söz verib ki, Azərbaycan İsrailə qələbə üçün gələcək

Futbol üzrə İsrail yığmasının yarımmüdafiəçisi Bibras Natxo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı keçirəcəkləri oyunla bağlı fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, Rusiyanın “Rubin” klubunun futbolçusu İsrail mətbuata müsahibəsində öncə zədəlilərin çoxluğundan şikayətlənib:

“Mən komandamızın sonuncu dəfə nə vaxt bu qədər zədə ilə üzləşdiyini xatırlamıram. Yığmamızla bağlı nə vaxt hansısa xəbər oxuyuramsa, bu və ya digər bir oyunçunun sıradan çıxdığını görürəm. Bu, heç də xoş deyil”.
 
Lakin buna baxmayaraq, o, komandasının yığmamızla oyunda qələbə qazanacağına inanır: “Bizim kifayət qədər yüksək səviyyəli oyunçularımız var ki, Azərbaycanla qarşılaşmada üç xal qazana bilək. Hələlik Rusiya ilə qarşılaşmanı düşünmürük. Bizim üçün daha vacib olan növbəti oyunumuzdu. Ruslarla görüş barədə ondan sonra düşünərik”.
 
Natxo “Rubin”dəki komanda yoldaşı Ruslan Abışov barədə də danışıb: “Əlbəttə, bu oyunla bağlı Ruslanla çox danışmışıq. Başqa cür ola da bilməzdi. Çoxlu zarafatlaşmışıq. Onun sözlərindən belə başa düşdüm ki, bizimlə oyuna ciddi kökləniblər. Mən Azərbaycanın qələbə qazanmaq üçün böyük şansa malik olduğunu düşünmürəm. Amma Abışov söz verib ki, onlar qələbə üçün gələcəklər. Görünür, onlara qarşı oynamaq daha maraqlı və xoş olacaq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.