3 sentyabr 2013 12:18
Kamran Ağayev: Azərbaycan İsraili məğlub edə bilər
Futbol üzrə Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək İsraillə səfər oyunu öncəsi fikirlərini açıqlayıb. Azerisport.az saytına müsahibəsində “Bakı”nın qolkiperi bunları dilə gətirib:
“Fikrimcə, İsraili məğlub etmək olar. Düzünü deyim ki, rəqib komandanın hücumçularından o qədər də çəkinmirəm. Onlar barədə düşünmürəm də. Mənə daha çox öz oyunumuz maraqlıdı”.
