3 sentyabr 2013 12:29
Ruslan Abışov: CSKA-nın mənimlə maraqlandığını eşitməmişəm
Futbol üzrə Azərbaycan yığmasının müdafiəçisi Ruslan Abışov Moskvanın CSKA klubunun onunla maraqlanması barədə xəbərlərə münasibət bildirib. Rusiyanın “Rubin” klubunda top qovan futbolçumuz azerisport.az saytına müsahibəsində bunları dilə gətirib:
“CSKA-nın mənimlə maraqlandığını eşitməmişəm. Həm də mən “Rubin”də xoşbəxtəm. Mən indi sadəcə komandamın əsas heyət oyunçusuna çevrilmək haqda düşünürəm. Bilirəm ki, mən buna qadirəm”.
