3 sentyabr 2013 12:38
Atletico və Lens Land of Fire Azerbaijan reklamından məhrum ola bilər
İspaniyanın “Atletico” və Fransanın “Lens” futbol klubları titul reklamlarını dəyişə bilərlər. Azerisport.az xəbər verir ki, bu barədə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov məlumat verib.
Onun sözlərinə görə, hazırda Azərbaycan tərəfi ənənəvi “Land of Fire Azerbaijan” şüarından imtina etmək barədə düşünür. Əvəzində isə sözügedən klubların formaları üzərində 2015-ci ildə Bakıda keçiriləcək Avropa Olimpiya Oyunları ilə bağlı reklam yer ala bilər.
