3 sentyabr 2013 12:56
Dadaşov: Hiss edirəm ki, İsrailə də qol vuracağam
Futbol üzrə Azərbaycan yığmasının və Almaniyanın “Kaiserslautern” klubunun hücumçusu Rüfət Dadaşovun azerisport.az saytına müsahibəsi
- İsraillə seçmə mərhələ oyunundan nə gözləyirsiz?
- Çətin oyun olacaq. Amma bizim hədəfimiz qələbə qazanmaqdı.

- Rəqib haqda nə bilirsiz?
- Mən bu komandanın bir neçə oyununa baxmışam. Yaxşı yığmadı. Amma biz də zəif deyilik. Yaxşı nəticə ilə qayıtmağa çalışacağıq.

- İsrailli müdafiəçilərə qarşı necə oynayacağınızı bilirsiz?
- İndi bu barədə düşünmürəm. Oyunlar bir-birindən fərqlənir. Həm də rəqibin heyətində çoxlu zədəli futbolçu var. Deməli, çoxlu dəyişiklik olacaq. Amma oyun zamanı israilli müdafiəçiləri keçmək, qol vurmaq üçün əlimdən gələni edəcəm.

- “Kaiserslautern”dəki son matçınızda qol vurdunuz. Bu, sizə əlavə motivasiya verir?
- Əlbəttə. Hazırda çox yaxşı formadayam. Son dövrlərdə həm yığmada, həm də klubumda qollar vururam.

- Malta ilə oyundan sonra dediniz ki, qol vuracağınızı hiss edirdiniz. İsraillə oyun öncəsi də belə hiss var?
- Bəli. İndi də hiss edirəm ki, qol vuracağam. Amma əslində İsraildə kimin fərqlənməsinin prinsipial fərqi yoxdu. Əsas komandamızın qələbə qazanmasıdı.

- Maltanın qapısına iki qol vurandan sonra “Kaiserslautern”in baş məşqçisi Franko Foda ilə söhbətiniz oldu?
- Bəli. Kifayət qədər pozitiv söhbətimiz oldu. Lakin mən bu məsələ üzərində çox dayanmaq fikrində deyiləm. Klubdakı işlərimi hələlik bir kənara qoymuşam. Hazırda bütün diqqətimi millinin oyununa yönəltmişəm.