3 sentyabr 2013 13:14
Xəzər Lənkəranın oyunçusuna iki oyunluq cəza verildi
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 5-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Qəbələ” – “Xəzər Lənkəran” matçının 49-cu dəqiqəsində “Xəzər Lənkəran”ın futbolçusu Cavid Bağırov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.

“Sumqayıt” – “Rəvan” matçında “Rəvan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Qarabağ” – AZAL matçında AZAL-ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“İnter” – “Simurq” matçında “İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 90+1-ci dəqiqəsində “Simurq”un futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.