3 sentyabr 2013 13:52

MY-nin bəyəndiyi futbolçumuz: Bu, sanki bir yuxudu!

Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkətinin “Futbol Bakcell ilə” proqramı çərçivəsində Bakıda təşkil olunan “Mançester Yunayted”in Yay Futbol Məktəbinin yekunları bəlli olub. Azerisport.az xəbər verir ki, 24-28 iyun 2013-cü il tarixlərində Bakıda Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) və Bakcell-in birgə təşkilatçılığı ilə keçirilən təlim-məşq toplanışının ən yaxşıları Mançester səfərindən geri dönüblər.
 
Xatırladaq ki, məktəbin seçim turları Bakı və Azərbaycanın bir sıra regionlarında (Gəncə, Mingəçevir, Lənkəran və Sumqayıt) AFFA əməkdaşlarının nəzarəti altında təşkil edilmişdi. Seçimdən müvəffəqiyyətlə keçmiş 8-12 yaş arası 32 gənc istedad 24-28 iyun tarixlərində Bakıda, “Bakcell Arena”da “Mançester Yunayted” futbol məktəbinin məşqçiləri Karl Uayld və Pol Qrey tərəfindən keçirilmiş təlim-məşq toplanışlarında iştirak ediblər.
 
Təlim-məşq toplanışının nəticələrinə uyğun seçilən 6 gənc istedad - Samir Məhərrəmli, Turan Vəlizadə, Zeynəddin Abdurrahmanov, Tamerlan Rizvanov, Xəyal Əliyev və Nigar Mirzəliyeva Mançester şəhərinə səfər edib, əfsanəvi “Old Trafford” stadionu, “Mançester Yunayted Futbol Məktəbi”, eləcə də komandanın təlim-məşq bazasını ziyarət etmək imkanını qazanıblar.
 
Qeyd edək ki, qrupun yeganə xanım üzvü - Nigar Mirzəliyeva avqustun 3-dən 10-dək Mançesterdə yeniyetmə qız futbolçular üçün təşkil olunan təlim-məşq toplanışına qatılıb.
 
Avqustun 10-dan etibarən başlayan Mançester səfəri zamanı gənc futbolçularımız “Mançester Yunayted" Futbol Məktəbinin Mançester şəhərindəki Denston kollecində keçirilən təlim-məşq toplanışlarına qatılıb və onlardan biri - Tamerlan Rizvanov "Mançester Yunayted" Futbol Məktəbinin Dünya Bacarıqlar Finalına vəsiqə qazanıb. Tamerlan Böyük Britaniya və dünya üzrə məktəbin digər kurslarının qalibləri ilə bacarıqlar yarışmasında özünü sınayacaq.
 
“Bu sanki bir yuxudur və mən hələ də bütün bunların baş verdiyinə inanana bilmirəm. Bakcell şirkətinə, AFFA-ya, bir sözlə, bu layihəni həyata keçirən və bizlərə inanan hər kəsə çox sağ ol deyirəm. Etimadınızı doğrultmaq üçün əlimdən gələni edəcəyəm”, - deyə gənc istedad Tamerlan Rizvanov qeyd edir.
 
Avqustun 28-də Mançester səfərindən geri dönən qrup Bakcell-in Baş Ofisini ziyarət edib, şirkətin əməkdaşları və rəhbərliklə görüşərək xatirə şəkilləri çəkdiriblər.
 
Bakcell-in Baş Marketinq Direktoru Aynur Abjanova: “Bakcell şirkəti Azərbaycanda futbolun inkişafına, xüsusilə də gənc istedadlar və onların gələcəyinə sərmayə qoyulmasına böyük diqqət yetirir. Ən iri layihələrimizdən biri olan “Futbol Bakcell ilə” AFFA və "Mançester Yunayted" klubu ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilir. "Mançester Yunayted" Yay Məktəbi bu layihənin tərkib hissəsidir. Bu layihə Azərbaycan futbolunun gələcəyi üçün mühüm bir sərmayədir və biz bu prosesdə iştirak etdiyimizə görə çox məmnunuq. Əminik ki, böyük potensiala malik olan gənclərə peşəkarlar tərəfindən təlim keçilməli və onların bacarıqları üzə çıxarılmalıdır. Tamerlanın uğuru işimizin müsbət nəticələrininin əyani nümunəsidir və mən əminəm ki, bu uğur gələcək uğurlara doğru ilk addımıdır”.
 
AFFA-nın baş katibi Elxan Məmmədov: "AFFA və Bakcell-in birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən "Futbol Bakcell ilə" layihəsini əminliklə uğurlu layihə adlandırmaq olar. Qısa zaman kəsiyində kifayət qədər diqqətçəkən işlər görülüb. Bu ilin iyun ayından etibarən müxtəlif regionlarda, həmçinin paytaxt Bakıda seçim turları təşkil olundu, "Bakcell Arena"da isə bu layihəyə öz töhfəsini verən "Mançester Yunayted" Yay Futbol Məktəbinin məşqçilərinin rəhbərliyi ilə təlim-məşq toplanışı keçirildi. Bu prosesdə seçilən uşaqlar artıq Mançester şəhərinə səfər edib, "Mançester Yunayted" Yay Futbol Məktəbində toplanışda olublar. Hesab edirəm ki, kiçik yaşlarından bu seleksiya prosesində və təlim-məşq toplanışında iştirak etmələri həmin uşaqların futbola daha da maraqla yanaşmasına, bu idman növü ilə gələcəkdə peşəkar şəkildə məşğul olmasına zəmin yaradacaq". (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.