4 sentyabr 2013 01:08

Azərbaycan İsraillə oyuna cəmi 2 qol vurmuş 23 futbolçuyla gedir

Futbol üzrə Azərbaycan yığması sentyabrın 7-də DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində səfərdə İsrail yığmasının qonağı olacaq. Azerisport.az xəbər verir ki, bu məqsədlə millimizin üzvləri artıq bir araya gəliblər və bu oyuna hazırlaşırlar.
 
Bəs görəsən İsrailə qarşı çıxış etmək şansı olan futbolçularımız formasını geyindikləri klublarında son oyunlarını necə keçiriblər? Bu suala aydınlıq gətirmək üçün millimizin üzvlərinin son oyunlardakı göstəricilərini hazırlamışıq.

Qapıçılar

Kamran Ağayev (Bakı) – Millimizin əsas qapıçısı komandasının “Neftçi” ilə son oyununda 90 dəqiqə meydanda olub və qapısını toxunulmaz saxlamağı bacarıb. Komandası isə 3:0 hesablı qələbəyə sevinib.
 
Aqil Məmmədov (Bakı) – Təbii ki, Kamranın oynadığı qarşılaşmanı Məmmədov kənardan izləməli oldu. Maraqlıdı ki, ehtiyatda olmasına baxmayaraq, Aqil matçın gedişində hakimi təhqir etdiyi üçün ehtiyat oyunçular skamyasından da qovulub. Buna görə o, dörd oyunluq cəzalandırılıb.
 
Anar Nəzirov (Sumqayıt) – Komandası son turda “Rəvan”la qarşılaşdı. Sumqayıtlıların minimal hesabla uduzduğu qarşılaşmada Anar 90 dəqiqə meydanda olub.
 
Müdafiəçilər
 
Rəşad Sadıqov (Qarabağ) – Komandası son turda AZAL ilə üz-üzə gəldi və 0:1 hesablı məğlubiyyətlə üzləşdi. Rəşad 90 dəqiqə meydanda olub. Bir sarı vərəqə almaqla “fərqlənib”.
 
Maksim Medvedev (Qarabağ) – AZAL-la oyunda 90 dəqiqə meydanda olan Maksim də sarı vərəqə almaqla yadda qalıb. Lakin Rəşaddan fərqli o, 71-ci dəqiqədə əvəzlənib.
 
Bədavi Hüseynov (Qarabağ) – Uğursuz oyunun iştirakçısı olan daha bir milli üzvü Bədavi olub. Amma o, Maksimlə Rəşaddan fərqli 90 dəqiqə ərzində vərəqəsiz ötüşüb.

Vladimir Levin (Qəbələ) – Komandası son turda “Xəzər Lənkəran”la qarşılaşdı və 2:0 hesablı qələbə qazandı. Qəbələlilərin kapitanı 90 dəqiqə meydanda olub.
 
Elnur Allahverdiyev (Xəzər Lənkəran) – “Qəbələ”yə məğlub olduqları görüşdə cinah müdafiəçisi 90 dəqiqə mübarizə aparıb.
 
Rasim Ramaldanov (Xəzər Lənkəran) – Elnurdan fərqli, Rasim 2 cavabsız qolla uduzduqları görüşü kənardan izləyib.

Mahir Şükürov (Neftçi) – Komandasının “Bakı”ya 3 cavabsız qolla uduzduğu oyunda 90 dəqiqə meydanda olub.
 
Elhad Nəziri (klubsuz) – “Rəvan”dakı qısa müddətli karyerasından sonra hazırda özünə yeni klub axtarmaqla məşğuldu.
 
Ufuk Budak (Eskişehirspor) – Türkiyə klubuna məxsus olsa da, əsas komandaya lazım olmayan və transferə çıxarılan millimizin üzvü demək olar ki, heç bir oyun təcrübəsinə malik deyil.
 
Ruslan Abışov (Rubin) – Rusiya klubunda top qovan futbolçumuz komandasının “Ural”la çempionat oyununda ehtiyatda qalıb.
 
Yarımmüdafiəçilər
 
Qara Qarayev (Qarabağ) – AZAL-la oyunda 90 dəqiqə meydanda olub. Bir sarı vərəqə almaqla yadda qalıb.
 
Rəşad Sadiqov (Neftçi) – “Bakı” ilə oyunda 90 dəqiqə meydanda olub.
 
Araz Abdullayev (Neftçi) – “Bakı” ilə matçın 55-ci dəqiqəsində meydana çıxsa da, heç nə ilə yadda qalmayıb.
 
Cavid Hüseynov (Bakı) – “Neftçi” ilə qarşılaşma bu futbolçunun komandası üçün uğurlu alınsa da, özü üçün tam əksinə - uğursuz alındı. Cavid qırmızı vərəqə alaraq meydandan qovulub və 3 oyunluq cəza alıb.
 
Rahid Əmirquliyev (Xəzər Lənkəran) – “Qəbələ” ilə görüşdə 90 dəqiqə meydanda olub.
 
Hücumçular
 
Vüqar Nadirov (Qarabağ) – AZAL-la oyunda 60-cı dəqiqədə meydana daxil olsa da, heç nə ilə yadda qalmadı.
 
Rauf Əliyev (Bakı) – “Neftçi” ilə oyuna start heyətdə başlasa da, 80-ci dəqiqədə əvəzlənib. Amma o, bu vaxt ərzində bir qol vurmağı bacarıb.
 
Ruslan Qurbanov (Sumqayıt) – “Rəvan”a 0:1 hesabıyla uduzduqları oyunda 90 dəqiqə meydanda olub.
 
Cihan Özkara (Sivasspor) – “Fenerbahçe” ilə səfər matçının 72-ci dəqiqəsində meydana çıxıb. 87-ci dəqiqədə bir sarı vərəqə almaqla yadda qalıb. Komandası 2:5 hesabıyla uduzub.
 
Rüfət Dadaşov (Kaiserslautern) – Almaniya klubunun ikinci komandasının heyətində 7:0 hesablı qələbəyə sevindikləri oyunun 51-ci dəqiqəsində meydana çıxıb. Millimizin forvardı bu oyunda bir qolla yadda qalıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.