4 sentyabr 2013 01:23
Foqts İsrail səfəri öncəsi futbolçuları evlərinə buraxdı
Futbol üzrə Azərbaycan yığması bu gün İsrailə yola düşəcək. Azerisport.az xəbər verir ki, DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində bu ölkənin qonağı olacaq komandamız Bakı toplanışını başa vurub.
Belə ki, futbolçularımız ötən axşam səfər öncəsi son məşqə çıxıblar. Məhz İsmət Qayıbov adına stadionda baş tutan bu məşqdən sonra baş məşqçi Berti Foqts oyunçuları evlərinə buraxıb.
Millimizin üzvləri bu gün səhər saatlarında bir araya gələcəklər. Məhz bundan sonra komandamız İsrailə yola düşəcək.
