4 sentyabr 2013 01:36
İsrail yığmasının daha bir üzvü millimizlə görüşü buraxacaq
Futbol üzrə İsrail yığması DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycana qarşı keçiriləcək oyun öncəsi daha bir itki ilə üzləşib. Azerisport.az xəbər verir ki, müdafiəçi Yoval Şpunqin də sıradan çıxıb.
Belçikanın “Mons” klubunda top qovan bu oyunçu hazırda bərpa dövrü keçir. Lakin həkimlər onun Azərbaycanla oyuna qədər sıraya dönəcəyinə ümid bəsləmirlər. Böyük ehtimalla bu futbolçu yalnız Rusiya ilə görüşdə komandasına kömək edə biləcək.
Qeyd edək ki, İsrail – Azərbaycan oyunu sentyabrın 7-də keçiriləcək.
