4 sentyabr 2013 02:19
Xəzər Lənkəranın Qəbələdəki toplanışı davam edir
Premyer Liqada yaranan fasilədən istifadə edərək Qəbələdə təlim-məşq toplanışı təşkil edən “Xəzər Lənkəran” dünən növbəti məşqini keçirib. Azerisport.az xəbər verir ki, “ağ-yaşıllar” sentyabrın 3-də, saat 18:00-da axşam məşqinə çıxıb.
“Qəbələ” klubunun futbol akademiyasına məxsus meydançada baş tutan hazırlıq prossesi əsasən taktiki çalışmalardan ibarət olub və 1 saat 20 dəqiqə davam edib. Komandanın yeni transferləri - braziliyalı Deyvid Sakkoni və ispanliyalı Eduardo Oriol məşq zamanı fəallıqları ilə seçiliblər.
Son zamanlar zədədən əziyyət çəkən braziliyalı qapıçı Duqlas Leyte də artıq sağalaraq fərdi məşqlərdən komanda ilə birgə məşqlərə keçib. (12-ci oyunçu)
