3 sentyabr 2013 14:56
Cavadov Allahverdiyevin cavabını verdi: Mehman öz səviyyəsini göstərdi
Regional Futbol Federasiyasının prezidenti, AFFA-nın Gəncə futbolu üzrə kuratoru İsgəndər Cavadov son hadisələrə münasibət bildirib. Veteran futbolçu azerisport.az saytına açıqlamasında "Kəpəz"in keçmiş baş məşqçisi Mehman Allahverdiyevin onun haqda dediyi sözləri belə şərh edib:
“Hazırda Gəncədə komandanın yaranmasına dair son işlər gedir. Bəzi məsələlər yaxın günlərdə həllini tapmalıdı. Bu işlərdən xəbəri olmadan danışmaq isə yanlış fikir bildirməkdi. Mehman Allahverdiyevdən belə sözlər gözləməzdim. Hər kəsən öz səviyyəsini göstərir. Mehman da öz səviyyəsini göstərdi. Həyat davam edir”.
Qeyd edək ki, Mehman Allahverdiyev mətbuata müsahibəsində İsgəndər Cavadovun Gəncə futboluna kömək edə bilməyəcəyini deməklə AFFA-dan kuratorun dəyişdirilməsini tələb edib.
